CNC Operator
 
JOB TITLE: CNC Operator
EMPLOYER: Gemza Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-14 LAST UPDATED: N/A DEADLINE: 2020-11-13

GemZA Group MMC CNC Operator vakansiyanı elan edir.

Əsas vəzifələri:

• CNC torna dəzgahı (Forceturn) üçün proqram tərtib etmək, dəyişmək və ya ləğv etmək
• Metal məmulatları kəsmək, əymək, formaya salmaq, tikmək, deşmək, oymaq, dəlmək, yiv açmaq üçün Rəqəmli Proqram İdarəetmə sistemlərini işə salmaq, istiqamətləndirmək və ya istismar etmək
• Dəzgahlardakı uyğunlaşdırmaları və materiallara olan tələbləri müəyyən etmək məqsədilə işin texniki cizgilərini oxumaq
• Avadanlığın, materialların və məhsulların istismarı ilə bağlı yaranan problemləri həll etmək
• Maşınqayırma cizgilərinin oxumağa bacarmaq. Fit və tolerance haqqında anlayışlı olmaq.
• Frez dəzgahı ilə iş təcrübəsinə sahib olmaq.
• Əl alətlərindən istifadə etməklə frezer, kəsici mexanizmlər, bıçaqlar, qayka açarlar və fırçalar kimi yeyilən hissələrini dəyişdirmək və maşını sazlamaq
• Məhsulun keyfiyyət standartlarına uyğunluğuna operativ nəzarət işlərini yerinə yetirmək

Namizədə tələblər:

• CNC sistemi üçün kompüter proqramları (proqramlaşdırmanın əsasları)
• CNC torna dəzgahın operatoru və ya oxşar vəzifəsində 1 ildən az olmayaraq iş təcrübəsi
• Ölçmə işləri üçün bəsit riyazi biliklər
• Frez dəzgahı ilə iş təcrübəsi arzu olunandır
• Azərbaycan dili - əla səviyyədə, rus və ingilis dilləri - orta səviyyədə bilən namizədlərə üstünlük veriləcək
• Dəqiqlik, diqqətlilik məsuliyyətli
• Komanda ilə işləmə bacarığının olması
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq

Əmək haqqı:

• Namizədin bilik və bacarığına uyğun olaraq

İş şəraiti:

• İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küç. 10P (Bakmil və Ulduz stansiyası yaxlınlığında)
• 5 günlük iş həftəsi: Bazar ertəsi – Cümə: 8:30 -17:00.
• Tam sosial təminat (məzuniyyət və s.)
• Nahar şirkət tərəfindən təmin edilir

Maraqlanan namizədlər mövzu yerində “CNC Operator” yazmaqla öz CV-lərin hr@gemza.az ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP