İnsan resursları üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə aparıcı mütəxəssis
EMPLOYER: Azərbaycan Dəmir Yolları QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-15 LAST UPDATED: N/A DEADLINE: 2020-11-14

Vakansiyanın adı: İnsan resursları üzrə aparıcı mütəxəssis
Vakansiyanın kodu: V201014-3
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” QSC
Vakansiya üzrə struktur: Yük daşımaları departamenti, I qrup Biləcəri lokomotiv deposu, İnsan resursları bölməsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 08:00-17:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 3

Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 2 il
Tələb olunan komputer bilikləri: MS Office-yaxşı
Tələb olunan xarici dil bilikləri: İngilis dili – yaxşı;
Rus dili – yaxşı.

Vəzifə üzrə tələb olunan biliklər :

- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə dair biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- Kadr işinin təşkili, sənədləşmə və hesabatların tərtib edilməsinə dair biliklər;
- İnsan resurslarının idarə edilməsi sahəsinə dair nəzəri biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik;
- Keyfiyyət yönümlülük;
- Diqqətlilik;
- İntizamlılıq.

Digər tələb və üstünlük göstəriciləri:

- İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
- İnsan resursları sahəsində beynəlxalq sertifikat;
- Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək;
- İnandırmaq, qəbul etdirə bilmək və təsir etmək bacarığı;
- Araşdırma, təhlil, müqayisə və qərar vermək bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi qaydada ünsiyyət qurmaq bacarığı;
- Məqsədyönümlülük, nəticəyönümlülük;
- Təşəbbüskarlıq, yeniliklərə adaptasiya bacarığı;
- Fərdi inkişaf və peşəkarlığa yönümlülük;
- Komanda ilə işləyə bilmək bacarığı;
- Daxili motivasiyalı.

Vəzifə öhdəlikləri:

- Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
- Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
- İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının elektron Hökumət portalında işlənilməsi;
- Əmək haqqının hesablanması üzrə işlərin icrası;
- İşə qəbul, adaptasiya, insan resurslarının planlaşdırılması, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icrası;
- Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
- Sadalanan işlərin icrası ilə yanaşı onlara metodiki rəhbərliyin edilməsi;
- Bölmənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.

Son müraciət tarixi: 21/10/2020

Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/986#vp

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP