Paletləmə Operatoru
 
JOB TITLE: Paletləmə Operatoru
EMPLOYER: Norm OJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-16 LAST UPDATED: N/A DEADLINE: 2020-11-15

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Paletləmə Operatoru vakansiyası üzrə namizəd axtarılır.

Tələblər:

• Orta peşə təhsili
• İnşaat sahəsi üzrə 0-1 il iş təcrübəsi
• Sement xammalları haqda əsas biliklər
• Elektrika və mexanika üzrə biliklər
• İdarəetmə bacarığı

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik

Vəzifə və Öhdəliklər:

• Paletləmə prosesindəki avadanlıqların işləməsinin, təmizliyinin təşkili və nəzarət
• Paletləmə prosesində uyğunsuzluq aşkarlandıqda əlaqədar şöbəyə məlumat vermək
• Təlimata əsasən podratçı şirkətin işinə nəzarət
• Planlı təmir zamanı Paletləmə bölməsinə aid tapşırıqların yerinə yetirilməsi
• Satışa gedən və anbarda olan paletli sementlərin miqdarının qeydiyyatının aparılması
• Paletləmə prosesindəki dayanma hallarının müvafiq cədvəldə qeydiyyatı
• Palet istehsalı prosesinə adi məlumatların müvafiq cədvəldə qeydiyyatı
• Paletləmə prosesinə aid növbə və gün ərzində olan yoxlamaların yerinə yetirilməsi və birbaşa rəhbərə hesabat verilməsi
• İstehsalat prosesi zamanı məhsulun keyfiyyətinə və ya avadanlığın sazlığına zərər gətirəcək işlərin dayandırılması
• SƏTƏM qaydalarına əməl olunmayan işlərin dayandırılması

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Son Müraciət Tarixi: 23.10.20

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP