Xarici satınalmalar üzrə təchizatçı
 
JOB TITLE: Xarici satınalmalar üzrə təchizatçı
EMPLOYER: İnci Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-18 LAST UPDATED: 2020-11-18 DEADLINE: 2020-12-18

Şirkət haqqında: 1995-cü ildə fəaliyyətə başlayan “Inci Group Of Company” MMC- nin əsas fəaliyyətini Satış və Distributor Şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış üzrə Şirkətin Bakı şəhəri və regionlarda dağıtım anbarları və satış komandaları vardır.

Vəzifənin adı: Xarici satınalmalar üzrə təchizatçı

Namizədə dair tələblər:

- Ali təhsili;
- Kompüter biliyi: MS Office (Word, Excel)
- Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları
- İngilis dilini mükəmməl bilməli (Rus dili arzu olunandır);
- Təchizat Zəncirinin İdarə olunmasına dair anlayışın olması;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti
- 23-30 yaş aralığı;

Üstünlük verilir:

• SAP ERP sahəsində təcrübə
• İngilis dili biliyi
• Bizness etik prinsiplərinə riayət

İş barədə məlumat:

- Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması, (yazışmaların və danışıqların aparılması)
- Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması
- Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi
- Təchizat işiylə bağlı digər yardımçı işlər.
- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi
- İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Müraciət etmək istəyənlər CV formanızı – hr.inci@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP