İstifadəçi təcrübələri və interfeysi üzrə mütəxəssis
 
JOB TITLE: İstifadəçi təcrübələri və interfeysi üzrə mütəxəssis
EMPLOYER: PAŞA Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-23 LAST UPDATED: N/A DEADLINE: 2020-11-22

PAŞA Sığorta” ASC namizədləri İstifadəçi təcrübələri və interfeysi üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri

• İstifadəçi təcrübəsini analiz etmək, formalaşdırmaq və ona uyğun təşəbbüslər təklif etmək və reallaşdırmaq;
• Müxtəlif platformalarda və proqramlarda vizual interfeyslərin dizaynını, interaksiya dizayn həllərini və konsepsiyalarını yaratmaq;
• Dizayn edilmiş həlləri sınaqdan keçirmək və müştəri ehtiyaclarını, tələblərini və davranışlarını, eləcə də istifadəsi və funksionallığını yoxlamaq;
• Dizayn prosesinin müxtəlif mərhələlərində istifadəçisi araşdırması planlamaq və icra etmək;
• Dizayn prosesinin müxtəlif mərhələlərində istifadəçisi araşdırması planlamaq və icra etmək;
• Məhsul imkanlarını müəyyənləşdirmək, məhsul və xidmətlərin inkişafı ilə əlaqəli təhlil aparmaq.

Təhsil və təcrübə

• Bakalavr və ya daha yüksək dərəcəli təhsil;
• Dizayn sahəsində 2 il və daha artıq təcrübəyə üstünlük verilir;
• Sığorta sahəsində təcrübəyə üstünlük verilir;

Xüsusi iş bilikləri

• İstifadəçi araşdırması və istifadəyə yararlılıq testlərini planlamağı, icra etməyi və sintezləməyi bacarmalı;
• Masaüstü (fərdi kompüter), Web-saytlar və mobil tətbiqetmələr üçün interaksiya dizayn həlləri yaratmaqda bacarıqlı olmalı;
• Mütəmadi olaraq platformalar üzrə dəyişən fərqli dizayn sistemləri ilə iş təcrübəsinə sahib olmalı;
• Dizayn prosesinin müxtəlif mərhələlərində istifadəçi araşdırmasını planlamaq və icra etmək təcrübəsinə malik olmaq;
• Dizayn seçiminin əhəmiyyətini istifadəçilərə və dizayner olmayan paydaşlara çatdıra biləcək, güclü kommunikasiya bacarıqlarına malik olmaq;
• Bu üç istiqamətdən- İstifadəçi araşdırması, İnteraksiya dizaynı, Vizual dizayn- istənilən iki istiqamətə malik olmaq;
• Agile mühitdə proqram təminatı yaradılmasında möhkəm biliklər və Agile məhsul yaradılması quruluşlarında dizayn komandalarında təcrübə üstünlüyünə malik olmaq;
• UI proqram təminatında təcrübə - Figma və ya AdobeXD proqramları ilə iş təcrübəsinə malik olmaq;
• Front-end proqramlaşdırma üzrə anlayışlarına malik olmaq arzu olunandır;

Tələb olunan yanaşma və davranışlar

• Vizualizasiyaların dizaynında müştəriyönümlülük;
• “Sına və öyrən” yanaşmasına həvəslilik;
• Dizayn üçün abstrakt ideyalardan real həllər yaradabilən;
• Problemlərin dizaynla həllində təşəbbüskar;
• Güclü sahibkarlıq ruhuna sahib və son istifadəçinin maraqları üçün aktiv çalışan;
• Yeni çətinliklərlə üzləşməyə və yeni bacarıqlar qazanmağa hazır;
• Yardımsevər (komanda ilə işləməyi bacaran), maraqlı, anlayışlı, açıqfikirli və innovativ.

Son müraciət tarixi: 15 noyabr, 2020-ci il

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP