Aktuari üzrə mütəxəssis
 
JOB TITLE: Aktuari üzrə mütəxəssis
EMPLOYER: PAŞA Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-23 LAST UPDATED: N/A DEADLINE: 2020-11-22



PAŞA Sığorta” ASC namizədləri Aktuari üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri

• P&C məhsul tariflərinin analizi və idarə olunması;
• Məhsul inkişafı ilə bağlı ilkin cəhdləri həyata keçirmək; sığorta məhsul və tariflərinin aktuari biliklərinə əsasən təyin etmək və inkişafı üçün tövsiyələr vermək;
• Seqmentasiyaya əsasən zərərlilik və sığorta haqqı ilə bağlı gedişatı izləmək, bu istiqamətdə inkişaf üçün tövsiyələr vermək;
• Ehtiyac olan analizlərlə bağlı komandaya dəstək vermək;
• Şəxsi inkişafa ciddi əhəmiyyət verməklə və bu sahə ilə bağlı imtahanlarda müvəffəqiyyət qazanmaqla aktuariat sahəsində ixtisaslaşmaq;

Təcrübə

• Riyaziyyat, aktuariat (actuarial science), statistika, iqtisadiyyat və ya digər texniki ixtisaslar üzrə bakalavr və ya magistr təhsili ;
• FM və ya P imtahanları verənlərə üstünlük veriləcəkdir;
• Sığorta sahəsində minimum 2 il aktuariat təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;

Biliklər

• Microsoft Excel ilə mükəmməl səviyyədə işləmək;
• SQL və bu kimi proqramlarda işləmək;
• Kodlaşdırma bacarıqlarına (Python və ya R proqramları) üstünlük veriləcəkdir;
• Azərbaycan və rus dillərini səlis bilmək;
• İngilis dilini bilənlərə üstünlük veriləcəkdir;

Bacarıqlar

• Dəyişən prioritetlərə yüksək hazırlıq;
• Komanda ilə işləmək bacarığı;
• Analitik, yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları;
• Intizamlı və çarpaz funksiyalı iş mühitində işləmək bacarığı.

Son müraciət tarixi: 15 noyabr, 2020-ci il

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP