Avtomobil satışı üzrə mütəxəssis
 
JOB TITLE: Avtomobil satışı üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-23 LAST UPDATED: N/A DEADLINE: 2020-11-22

Avtomobil satışı üzrə mütəxəssis

Namizədə tələblər

• Ali təhsil
• 25-35 yaş həddi (xanım və ya bəy namizədlər)
• Satış sahəsində ən azı 2-3 il iş təcrübəsi olmalı
• Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik namizədlərə üstünlük veriləcək
• Dinamiklik, gərginliyə davamlılıq, ünsiyyət və inandırma bacarığı

Vəzifələr

• Müştəriləri gülərüzlə qarşılamaq, onlara salonda olan avtomobillər, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək.
• Salona daxil olan hər bir müştəriyə özəl xidmət göstərərək satış prosesinə uyğun avtomobillər haqqında tam, hərtərəfli məlumatlar vermək, məsləhətlər verərək müştəri üçün uyğun olan məhsulun satılmasına nail olub bundan sonra da müştəri müraciət etdiyi halda satış prosesini davam etmək və prosesi başa çatdırmaq.
• Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflər çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək.
• Müştəri ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV hrm_jobs@mail.ru elektron ünvana təqdim edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP