Laboratoriya müdiri
 
JOB TITLE: Laboratoriya müdiri
EMPLOYER: Mətanət A DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-23 LAST UPDATED: N/A DEADLINE: 2020-11-22

Mətanət A” şirkəti Laboratoriya müdiri vakansiyasını elan edir.

İşin təsviri:

- Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarətin təmin etmək;
- Texnoloji prosesin düzgün aparılmasına, resepturlara riayət olunmasına, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət etmək;
- Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək;
- Xammalların, köməkçi materiallarının və istehsal olunan məhsulların sınağını normativ sənədlərdə göstərilən üsul və qaydalara uyğun şəkildə yerinə yetirmək;
- Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə vasitələrindən təlimata uyğun istifadə etmək;
- Laboratoriya qeydiyyat jurnallarının doldurulmasını və onların saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirmək;
- Məhsulun keyfiyyətinə gələn şikayətlərin və zay məhsul istehsalının səbəblərinin araşdırılmasında iştirak etmək;
- Mütərəqqi sınaq üsulları və eksperimentlərin tədbiqi üçün işlər aparmaq;
- Yeni sınaq avadanlıqlarının və ölçmə vasitələrinin istifadə olunmasını mənimsəyib tətbiq etmək;
- Sınaq nəticələrini və sınaq protokollarını hazırlamaq.

Əmək haqqı:

- Razılaşma yolu ilə.

İş şəraiti:

- İş saatı: 08-30-dan 18-00-dək;
- Bazar günü istirahət;
- Servis xidməti mövcuddur;
- İş yeri: Bakı-Sumqayıt şosesi Masazır dairəsinin yaxınlığında yerləşir.

Tələblər:

- Təhsil: Ali (bakalavr)
- İş təcrübəsi: Ən azı bu sahədə 5 il il iş təcrübəsi olmalı. (Boya sahəsində işləmiş Laboratoriya müdirlərinə üstünlük verilir.)
- Yaş həddi: 30-50;
- Kompüter biliyi: Word, Excell, Internet Explorer;
- Dillər: Azərbaycan və Rus dili(İngilis dili arzuolunandır)

Şəxsi keyfiyyətləri:

- Fikrini izah etmək qabiliyyəti;
- İşə planlı yanaşması;
- Ünsiyyət yaratmaq bacarığı;
- Fəal olması;

Əlavə tələblər: 

- Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşması, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP