Korporativ Hüquqşünas
 
JOB TITLE: Korporativ Hüquqşünas
EMPLOYER: VOOP DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-26 LAST UPDATED: N/A DEADLINE: 2020-11-25

Korporativ Hüquqşünas

Şirkətimizin məhsuldar komandasına qatılmaq üçün çalışqan bir şəxs axtarırıq.

Vəzifə öhdəlikləri:

• Müqavilələrin hazırlanması;
• Hüquqi sənədlərin tərtib edilməsi;
• Qarşı tərəfin təqdim etdiyi müqavilələrin onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
• Müqavilələrin sistemləşdirilməsi işinin təşkilinə yardım və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

• Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Hüquq sahəsində 3 ildən az almayaraq iş təcrübəsi;
• Namizəd AR-nın mülki qanunvericiliyini, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməlidir;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• Məsuliyyət, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Dürüst və vicdanlı olmalı, məntiq və hüquqi analiz qabiliyyətinin yüksək olmalıdır;
• Yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olmalıdır.

Təlimatlar:

• Sərbəst iş qrafiki
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.

Müraciət etdiyiniz vəzifənin adını hr@voop.az email-in mövzu hissəsində “Korporativ Hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP