Təhsil Koordinatoru
 
JOB TITLE: Təhsil Koordinatoru
EMPLOYER: Code Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-26 LAST UPDATED: N/A DEADLINE: 2020-11-25

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir. Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir. Haqqımızda daha ətraflı məlumatı www.code.edu.az saytından ala bilərsiniz.

Vakansiya: Təhsil Koordinatoru

İşin təsviri:

- Yeni tədris proqramlarının yaradılması və inkişafında iştirak
- Tədris keyfiyyətinə nəzarət
- Müəllimlərlə tədris prosesi ilə bağlı görüşlərin təşkili
- Dərs təqviminin planlanması
- Dərs təqviminin optimallaşdırılması
- Keçirilmiş dərs saatlarının hesablanması
- Tədris materiallarının yaradılması
- İT sektorunda baş verən dəyişiklikləri izləmək və yeniliklərin mövcud tədris proqramlarına uyğunluğunu analiz etmək

Görmək istədiyimiz bilik və bacarıqlar:

- Minimum 2 il iş təcrübəsi
- Təhsil sahəsində iş təcrübəsi üstünlükdür
- MS Office proqramlarında işləmə bacarığı, xüsusən də yaxşı Excel bilikləri
- Əla ünsiyyət qabiliyyəti
- Email etiketi
- Yüksək keyfiyyətdə sənədləşmə bacarığı
- Azərbaycan dilində əla, ingilis dilində yaxşı yazı və danışıq qabiliyyətinin olması, orta səviyyədə rus dili bilməsi
- Təqdimat bacarığı
- Güclü araşdırma və analiz qabiliyyətli
- IT sektorunda işləməyə maraqlı və həvəsli olmaq

Vəd etdiklərimiz:

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.
- Tibbi sığorta təminatı

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Uyğun namizədlər ilk öncə test ediləcək, testi uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP