Şəbəkənin monitorinqi üzrə mütəxəssis
 
JOB TITLE: Şəbəkənin monitorinqi üzrə mütəxəssis
EMPLOYER: IT Bridge LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-26 LAST UPDATED: N/A DEADLINE: 2020-11-25

Şəbəkənin monitorinqi üzrə mütəxəssis

İşin təsviri

• LAN/WAN şəbəkəsi və İT infrastrukturunda yaranana biləcək problemlərin həlli;
• Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığının maksimum səviyyədə qalması üçün profilaktik işlərin aparılması;
• Şəbəkə problemlərini müəyyən edib həll etmək;
• Monitorinq sistemi vasitəsilə mövcud şəbəkə infrastrukturunun izlənilməsi;
• Şəbəkə avadanlıqlarının fiziki sazlığının təmin olunması;
• Şəbəkə avadanlıqlarının konfigurasiyasının backuplarının çıxarılmasına nəzarət;
• İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

Tələblər

• Ali təhsil;
• Microsoft Windows əməliyyat sistemləri ilə işləmə bacarığı;
• Nəzəri və praktiki bilik səviyyəsi Cisco CCNA;
• Azərbaycan dilində səlis danışıq;
• İngilis və rus dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması);
• Azərbaycanın regionlarına səyahət etməyə hazır olmaq (iş vaxtının 20%-dən çox olmayaraq);
• Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq.

İş şəraiti:

• İş yeri Sumqayıtda yerləşir;
• Növbəli iş rejimi;
• Nahar və nəqliyyat təminatı;
• Tibbi sığorta;
• AR Əmək Məcəlləsi əsasında sənədləşmə;
• Əmək haqqı 500-600 AZN

Namizədlər müraciət üçün CV-lərini hr@itbridge.az elektron ünvanına göndərə bilərlər. Məktubun başlıq hissəsində “Şəbəkənin monitorinqi üzrə mütəxəssis” vəzifəsinin qeyd olunması xahiş olunur.

"IT BRIDGE AZERBAIJAN" texnologiyalar və innovasiyalar sahəsində müxtəlif məhsulların və həllərin yaradılması, tətbiqi və inteqrasiyası üzrə ixtisaslaşmış şirkətdir.

Komandamız informasiya texnologiyalarının müxtəlif sektorları üzrə ixtisaslaşmış peşəkarlardan ibarətdir. Şirkətin əsas hədəfi innovativ fiziki və əqli məhsulları yerli və qlobal bazarlara çıxarmaq və insan həyatı üçün faydalı həllər yaratmaqdır. Şirkətimizin məhsul və həlləri gündəlik həyatın xırda elementlərindən başlayaraq ən mürəkkəb məsələlərin həllini əhatə etmək qabiliyyətindədir.

http://itbridge.az/

https://www.facebook.com/It-Bridge-Azerbaijan-103388251371454

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP