Kopirayter
 
JOB TITLE: Kopirayter
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-12 LAST UPDATED: 2021-01-12 DEADLINE: 2021-02-11

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Vakansiya: Kopirayter

Tələblər:

• Ali təhsil(Filologiya, jurnalisika və ya marketinq sahəsində arzuolunandır);
• Azərbaycan dilində səlis danışma və yazma qabiliyyəti;
• İngilis və Rus dilindən araşdırma və səlis tərcümə etmə bacarığı;
• Kopirayter vəzifəsi üzrə iş təcrübəsi – 2 ildən artıq;
• Fikirləri fərqli və yaradıcı formada təqdim etmək bacarığı;
• Reklam mətnlərinin hazırlanması təcrübəsi;
• Analitik düşüncə tərzi.

Əmək funksiyaları

- Layihələrin mahiyyətini dərindən anlamaq və reklam mətnlərini yazmaq(reklamın məqsədi, mesajın məzmunu və s.);
-bKampaniyalara uyğun reklam ssenarilərinin yazılması.
- Müxtəlif farmatda (Radio, Tv, Sosial media və s.) reklam mətnlərinin və kontentin yazılması;
- Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər düşünmək;
- Məhsullar haqqında marketinq kampaniyalarına uyğun təsvir yazmaq;
- Məhsul və xidmətlərin tanıtımı üçün paylaşım mətnlərini yazmaq;

Sizi gözləyir:

• Peşəkar, yaradıcı və mehriban kollektivdən ibarət iş mühitində çalışmaq
• Rəqabətli əmək haqqı
• İş qrafiki: I-V günlər, 09:00-18:00

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

 

https://qlor.me/kjr20qze

 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP