İnsan resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə mütəxəssis
EMPLOYER: ProSol QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-28 LAST UPDATED: N/A DEADLINE: 2020-11-27

İnsan resursları üzrə mütəxəssis

İş barədə məlumat

• Şirkətin İnsan resursları şöbəsinin İR strategiyasının hazırlanması və ona uyğun idarə edilməsində iştirak etmək;
• Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunması;
• Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;
• İnsan resursları şöbəsinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması;
• Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması,
• Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
• Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
• İşçilərin icbari sığortasının həyata keçirilməsi;
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• İşçilərin davamiyyət uçotunun aparılması;

Tələblər:

• Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
• Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
• Yüksək idarəetmə və ünsiyyət qabiliyyəti;
• Elektron hökümət portalında sərbəst istifadə bacarığı
• MS Office proqramlarında (xüsusilə, Excel və Power Point) sərbəst istifadə bacarığı
• İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@prosol.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İnsan resursları üzrə mütəxəssis” mövzu bölməsində göstərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP