CRM üzrə mütəxəssis
 
JOB TITLE: CRM üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-28 LAST UPDATED: N/A DEADLINE: 2020-11-27

CRM üzrə mütəxəssis

Tələblər

• Ali təhsil;
• Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməli;
• CRM sahəsində 1-3 illik təcrübə;
• SQL, Excel, Powerpoint proqramları üzrə dərin biliklər;
• Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;
• CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır;
• Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli (Open Rate, Bounce Rate, Conversion Rate, Retention Rate);
• Analiz, problemlərin həlli və qərarvermə;
• Keyfiyyətə fokuslanma;
• Dəqiqlik və təfsilatlara yönümlülük.

Vəzifələr

• Müştərilərin saxlanılmasına və loyallığının artırılmasına kömək edən CRM strategiyalarının planlaşdırılması və tətbiqi;
• Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
• Gündəlik olaraq müxtəlif metodlardan istifadə edərək hədəf göstəricilərinə çatmaq üçün müxtəlif meyarlara görə müştəri bazasının seqmentasiyası;
• “Customer Journey Map” üzrə qarşılıqlı əlaqə nöqtələrini təhlil etmək və təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
• CRM kampaniyaların qurulması, sms, email və zəng siyahıları vasitəsilə üçün birbaşa əlaqə zamanlamasının yaradılması;
• CRM kampaniyaların effektivliyi, məlumat bazasının cari vəziyyəti, yaranmış çətinliklər və s. barədə hesabatların hazırlanması.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV hrm_jobs@mail.ru elektron ünvana təqdim edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP