Satınalma üzrə mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-28 LAST UPDATED: N/A DEADLINE: 2020-11-27

Satınalma üzrə mütəxəssis

Tələblər

• Ali təhsil;
• Müvafiq sahə üzrə 3-5 illik iş təcrübə (tikinti mallarının satınalmasında təcrübə zəruridir);
• Azərbaycan dili və rus dili-əla, ingilis dili-yaxşı;
• Yerli və xarici bazarda qiymət araşdırmasının aparılması bacarığı;
• MS Office proqramlarından sərbəst istifadə bacarığı.

Vəzifələr

• Şirkətin fəaliyyəti üçün zəruri olan mal və materialların, avadanlıqların daha əlverişli şərtlərlə təchizi üçün müvafiq araşdırmalar aparmaq və nəticəsi barədə departamentin direktoruna məlumat vermək;
• Daim alternativ xarici və yerli tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq;
• Mövcüd təchizatçılarla uyğun iş şərtlərinin razılaşdırılması və müqavilələri bağlamaq;
• Baş ofis, departamentlər və filiallardan gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq;
• Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirmək və icrasını həyata keçirmək;
• Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət etmək;
• Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra etmək.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV hrm_jobs@mail.ru elektron ünvana təqdim edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP