Rəqəmsal Marketinq üzrə Baş Mütəxəssis
 
JOB TITLE: Rəqəmsal Marketinq üzrə Baş Mütəxəssis
EMPLOYER: PAŞA Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-29 LAST UPDATED: N/A DEADLINE: 2020-11-28

PAŞA Sığorta” ASC namizədləri Rəqəmsal Marketinq üzrə Baş Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri

- Rəqəmsal marketinq ehtiyaclarını anlamaq üçün məhsul komandaları ilə birgə çalışmaq və uyğun marketinq strategiyasının tərtib olunması
- Ən yüksək ROI-yə sahib müştəri səyahətləri boyunca(tanınmanı artırma, aktiv qiymətləndirmə və loyallıq) performansı artırmaq üçün rəqəmsal marketinq təşəbbüsləri portfelini tətbiq etmək
- Lidlər yaratmaq və satışı artırmağa dəstək olmaq üçün orqanik, ödənişli sosial, e-poçt, PPC, displey şəbəkəsi, SEO və «affiliate» marketinq kanallarını təkmilləşdirmək
- Rəqəmsal marketinq və müştəri səyahəti təkmilləşdirmə boyunca viuzal dizaynlarda davamlılığı təmin etmək
- Rəqəmsal marketinq materiallarının tələblərə uyğun qaydada yaradılmasını təmin edərək təchizatçılar və agentliklərlə işləri koordinasiya etmək
- Şirkətin mövcud rəqəmsal məhsullarının idarə olunması
- Rəqəmsal marketinq kampaniyalarının nəticələrinin ölçülməsi məqsədilə analizlərin həyata keçirməsi

Təhsil və Təcrübə

- İqtisadiyyat üzrə bakalavr və ya daha yüksək səviyyədə təhsil(marketinq, biznes və ya maliyyə sahəsində təhsil arzuolunnadır)
- Rəqəmsal marketinq üzrə minimum 3 illik iş təcrübəsi

Son müraciət tarixi: 15 noyabr, 2020-ci il

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP