Xaricdə təhsil üzrə baş məsləhətçi
 
JOB TITLE: Xaricdə təhsil üzrə baş məsləhətçi
EMPLOYER: StudyLab DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-30 LAST UPDATED: N/A DEADLINE: 2020-11-29

“StudyLab” Təhsil və İnkişaf Mərkəzi həmfikirlər və istedadlar axtarır!

Əgər “StudyLab” Təhsil və İnkişaf Mərkəzinin fəaliyyətini bəyənirsinizsə və öz iştirakınız ilə işimizin, komandamızın daha da güclənə biləcəyinə əminsinizsə, öz tərcümeyi-halınızı (CV) və tövsiyə məktubunuzu (Cover Letter) info@studylab.az ünvanına göndərin.

XARİCDƏ TƏHSİL ÜZRƏ BAŞ MƏSLƏHƏTÇİ

Məndən nə tələb olunur?

Böyük Britaniya, ABŞ, Hollandiya və digər ingilis dilli ölkələrdə dil kursları, ali məktəbə hazırlıq proqramları, ilk ali təhsil və magistratura təhsili daxil olmaqla, müştərilər üçün xaricdə ən münasib və uyğun təhsil proqramları seçmək, ilkin məsləhətləşmələr vasitəsilə, müraciət edən şəxsləri (potensial müştəriləri) həqiqi müştərilərə çevirmək.

Bizə kim lazımdır?

- Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
- Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
- Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar;
- Böyük Britaniya, ABŞ, Hollandiya daxil olmaqla, xarici ölkələrin təhsil sistemlərini yüksək səviyyədə bilən mütəxəssis;
- İngilis dilini Advanced səviyyədə bilmək (2-ci xarici dil bilənlərə üstünlük verilir);
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Tanınmış ali təhsil müəssisəsinin məzunu olmaq;
- Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
- Xaricdə təhsil sahəsində çalışan namizədlərə üstünlük verilir.

Tapşırıqlar

- Xaricdə təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək;
- Müştərilərə keyfiyyətli cümlələr ilə hazırlanmış, maksimal olaraq inandırıcı yazılı təkliflər hazırlamaq;
- Xarici ali təhsil müəssisələri və dil məktəbləri ilə ingilis dilində yazışmalar və danışıqlar aparmaq;
- Xaricdə təhsil proqramı və təqaüdlər üzrə konsultasiyalar, yola düşməzdən əvvəl istiqamətləndirmə və proqramların qiymətləndirilməsi üzrə kurasiya işlərini aparmaq;
- Tərəfdaş qurumlar və xaricdə təhsil üzrə təchizatçılar əlaqələri idarə etmək və müqavilələrlə bağlı danışıqlar aparmaq;
- Xaricdə təhsil proqramı üzrə gündəlik fəaliyyətləri idarə etmək;
- Digər əlaqəli vəzifələri yerinə yetirmək;
- Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
- Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Biz nə təklif edirik?

- Bakıdakı ofisdə və razılığa əsasən məsafədən iş
- Komandanın vacib iştirakçısı olmaq və inkişafınızı bizimlə birgə davam etdirmək imkanı
- Təlimlər: o cümlədən, ali təhsil müəssisələri və xaricdə təhsil proqramlarının seçim proqramı, “qaynar” satışlar, xaricdə ali təhsil sahəsində trendlər, təhsil xidmətləri üzrə marketinq.

Şərtlər

İş qrafiki

- Bazar ertəsi – Cümə 10:00 -19:00 / Şənbə 10:00 - 17:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
- Əmək haqqı və bonus qaydalari fərdi olaraq müzakirə olunur.
- İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Tbilisi Prospekti 36 A / Bakı şəhəri

Necə müraciət etmək olar?

Tərcümeyi-halınızı (CV), habelə, bu vakansiyanın və bizimlə əməkdaşlığın niyə sizin üçün maraqlı olduğunu əks etdirən tövsiyə məktubunuzu (cover letter) bizə info@studylab.az ünvanına göndərin.

Mövzu hissəsində vəzifə adi - XARİCDƏ TƏHSİL ÜZRƏ BAŞ MƏSLƏHƏTÇİ qeyd olunsun.

Son müraciət tarixi: 30.11.2020

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP