Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: ArchiCO MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-10-29 LAST UPDATED: N/A DEADLINE: 2020-11-28

Tikinti bazarında fəaliyyət göstərdiyimiz 10 il ərzində özümüzü operativ, yenilikçi və Sifarişçi yönümlü olduğumuzu sübut edə bildik. Bunun nəticəsidir ki, bu gün ArchiCO Azərbaycanın ən böyük mühəndislik və tikinti şirkətlərindən birinə çevrilmişdir.

Hal-hazırda Şirkətimizdə 2 mindən artıq insan çalışır. Bu gün ArchiCO bir sıra layihələrdə dünyanın tanınan Şirkətlər ilə əməkdaşlıq edir. İdarəetmə sistemimiz isə beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmışdır.

Hal-hazırda ArchiCO-da yeni vakansiya mövcuddur:

Vəzifə: Mühasib
İş qrafiki: 09:00 – 18:00 / beş günlük
Əməkhaqqı: 800-1000 AZN
İş yeri: Sumqayıt şəhəri

Vəzifə təlimatları:

• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
• Təhtəlhesab, balans, avans hesabatının aparılması;
• Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
• Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması.

Vəzifə ilə bağlı tələblər:

• Ali təhsil (mühasibat uçotu, maliyyə);
• Vergi Məcəlləsini bilməli;
• 1C 8.2, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
• Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).

CV-lərinizi hr@archico.az ünvanına "mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP