Təchizat üzrə baş mütəxəssis/mütəxəssis
 
JOB TITLE: Təchizat üzrə baş mütəxəssis/mütəxəssis
EMPLOYER: Sağlam Ailə DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-02 LAST UPDATED: N/A DEADLINE: 2020-12-02

Təchizat üzrə baş mütəxəssis/mütəxəssis

Vəzifə və öhdəliklər:

• Müəssisənin fəaliyyətinin təşkil edilməsini təmin etmək üçün təsərrüfat, maddi-texniki məsələlərinin araşdırılmasını, mövcud bazar qiymətlərinin müəyyən edilməsi, əlverişli şərtlərin aşkar edilməsi üçün lazımi tədbirləri həyata keçirir;
• Sifarişlərin qəbulu, təhlili;
• Tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması;
• Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
• Tədarükçülərlə müqavilələrin bağlanması;
• Müqavilənin icrası uçotunun aparılması;
• Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
• Malların gətirilməsi və anbara təhvil verilməsi;
• Malların qeydiyyatının aparılması;
• Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;

Namizədə olan tələblər:

• Ali təhsil;
• Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi;
• Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
• MS Office proqramlarından istifadə etmək bacarığı;
• Punktual, aktiv, çevik və məsuliyyətli olmalı.

Şərtlər:

• Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
• Şirkət daxili təlim və inkişaf imkanları

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Təchizat üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP