C# dili üzrə Back-end proqramlaşdırma təlimçisi
 
JOB TITLE: C# dili üzrə Back-end proqramlaşdırma təlimçisi
EMPLOYER: ATL Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-03 LAST UPDATED: 2020-11-06 DEADLINE: 2020-12-03

ATL Academy şirkəti rəqəmsal transformasiya, rəqəmsal strateji inkişaf, Süni Zəka, proqram təminatlarının hazırlanması və inkişafı, sistemlərin inteqrasiyası, texniki layihələrin idarəedilməsi üzrə ixtisaslaşmış 10 ildən çox təcrübəsi olan ATL Tech şirkəti tərəfindən təsis edilmişdir.

ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və texnologiya sənayesinin tələblərinə cavab verən innovativ təhsil müəssisəsidir. Akademiyamızda Mühəndislik məktəbinin “Code School”, “Product School”, “Cloud Computing School” istiqaməti var . Code School Software Development Fundamentals, Backend və Frontend Software Development proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış bootcamp və seçməli dərslər formatında tədris həyata keçirir. Təlimlər geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir. Praktiki vərdişlər bir başa ATL Tech şirkətinin təcrübəli komandası ilə həyata keçirilir.

Vakansiya: C# dili üzrə Back-end proqramlaşdırma təlimçisi

Namizədin qeyd olunmuş fənnlərin mükəmməl səviyyədə nəzəri və təcrübi biliklərə sahib olması mütləqdir:

- ASP.NET MVC, Razor pages;
- ASP.NET Web API;
- ASP.NET Core;
- ADO.NET, Dapper;
- Entity Framework;
- Entity Framework Core;
- SOAP ilə WEB Xidmətlər;
- Postman ilə REST/JSON;
- HTTP protocol, Cookies, Headers, Status Codes, Request/Response structures;
- ASP.NET Boilerplate framework;
- Regular Expressions;
- Swagger;
- Docker;
- XUnit ilə unit testləri ;
- Internationalization.

Namizədə tələblər:

- Kompüter elmləri və ya digər uyğun sahədə ali təhsil;
- Tədris və ya mentorluq sahəsində minimum 1 il iş təcrübəsi;
- Proqramçılıq üzrə minimum 2 il iş təcrübəsi;
- İxtisaslaşma üzrə biliklər: C# libraries, SQL, API (REST/SOAP) .Net framework, Git, HTML5, CSS, JS, Boostrap, jQuery, OOP principles, Data Structured & Algorithms, Design Patterns, MVC, Code review, Clean Coding;
- İxtisaslaşma üzrə beynəlxalq sertifikatların olması;
- İmtahan suallarının hazırlanması;
- Tələbələrin inkişafı üzrə aylıq hesabatların hazırlanması;
- İxtisas sahəsi üzrə xaricdə təhsil (üstünlükdür).

Maraqlanan namizədlərdən linkə https://jobs.talhunt.az/atlacademy/353-c%23+dili+%c3%bczr%c9%99+back-end+proqramla%c5%9fd%c4%b1rma+t%c9%99lim%c3%a7isi keçid edərək, mürəciətlərini təsdiq etmələri xahiş olunur. Yalnız uğurlu namizədlər ilə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP