İT Sistem Analitiki
 
JOB TITLE: İT Sistem Analitiki
EMPLOYER: Modenis LLC eManat DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-04 LAST UPDATED: 2020-11-04 DEADLINE: 2020-12-04

Vəzifə adı: İT Sistem Analitiki

Təhsil və dil bilik tələbləri:

• Ali təhsil (texniki sahə üzrə olması arzu olunandır) ;
• Dil bilikləri :
• İngilis dili – Intermediate
• Rus dili – B1

Namizəddən gözlənilən bacarıqlar :

• Mühüm görüşlərin protokollarının aparılması və verilmiş tapşırıqların qeydiyyata alınması;
• Effektiv dinləmə, analitik və sistematik düşüncə, modelləmə(UML,BPMN) və təşkilatçılıq;
• Proqram təminatının inkişafı və inteqrasiya həlləri üzrə texniki tələblərin tərtib edilməsi;
• Verilənlər Bazası (DB) və WEB Servislərlə işləmə;
• Ödəmə sisteminə yeni xidmətlərin qoşulması və optimizasiyası;
• Ödəmə sisteminin analizi və problemlərin həlli;
• Müxtəlif layihələrin icrası üçün protokollarının aparılması və verilmiş tapşırıqların qeyd olunması;
• Tərtib edilmiş Proqram təminatının test mühitinə hazırlanmasını təmin etmək;
• Proqram təminatı üzrə texniki tələblərin tərtib edilməsi;

Namizəddən gözlənilən iş təcrübəsi :

• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
• Task menecement (TFS, Redmine, Jira, ServiceDesk və s.) üzrə iş təcrübəsinin olması
• Web Servislərlə (GET, POST, SOAP, REST və s.) təcrübə və biliklərin olması
• Məlumat mübadiləsi (SQL, Excel, JSON, XML və s.) üçün təcrübə və biliklərin olması
• Məntiqi-Riyazi düşüncə, müsahibə və sorğulama, analitik və sistematik düşüncə,
• Proqramlaşdırma alqoritmini və texnologiyaları haqqında bilik və təcrübəsinin olması
• Proqram təminatının reallaşması üzrə layihələrdə iş təcrübəsinin olması

İş şəraiti:

• Ofis daxili;
• Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən 1000-1800 AZN
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin verilməsi;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Şəxsi keyfiyyətləri:

• Komanda şəklində işləmə bacarığı
• Məsuliyyətli, təşəbbüskarlı , işgüzar, kommunikativ

Maraqlananlardan xahiş olunur öz CV lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz.
Göndərilən CV-lərdə mövzu adı yerində “İT Sistem Analitiki” yazılmalıdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP