Online satışlar üzrə koordinator (Quba)
 
JOB TITLE: Online satışlar üzrə koordinator (Quba)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-04 LAST UPDATED: 2020-11-04 DEADLINE: 2020-12-04

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Online satışlar üzrə koordinator (Quba)

Vəzifələr:

- Məhsulun çatdırılma planlarının yerinə yetirilməsinə nəzarət
- Kargüzarlıq, zənglərin geydə alınması və yazışmaların koordinasiyası
- Gün ərzində mail ünvanına yazılan mailləri oxuyub, tapşırıqları icra etmək
- Kredit müqavilələrinin departamentə təhvil verilməsinə nəzarət etmək
- Rəhbrəliyin tapşırığı ilə vəzifədən irəli gələn digər işlərin icrası

Tələblər:

- Ali təhsil
- 1C proqramı bilikləri
- Təhlil etmə bacarığı
- Azərbaycan dilini səlis bilməli, rus dili arzu olunandır
- Ünsiyyətcil, təşəbbüskar
- Komandada işləmək bacarığı
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Vəzifə öhdəliklərini şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək
- Ofis proqramları bilikləri (Word, Excel, Outlook)

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 6 günü, Saat 10:00 – 20:00
• Əmək haqqı ilk ay 500 AZN, növbəti aydan əlavə bonuslar.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://jobs.talhunt.az/kontakt/356-online+sat%c4%b1%c5%9flar+%c3%bczr%c9%99+koordinator+(quba)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP