Avtomatlaşdırma üzrə mütəxəssis
 
JOB TITLE: Avtomatlaşdırma üzrə mütəxəssis
EMPLOYER: Systemair AZ DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-04 LAST UPDATED: N/A DEADLINE: 2020-12-04

Vəzifə – Avtomatlaşdırma üzrə mütəxəssis

SYSTEMAIR haqqında

Systemair 50 ölkədə fəaliyyət göstərən aparıcı isitmə, soyutma və havalandırma şirkətidir. Şirkət 1974-cü ildə İsveçdə sadələşdirmiş havalandırma sistemlərinə sahib dairəvi mərkəzdənqaçma kanal fanlarının istehsalı fikri ilə qurulmuşdur. "Düz yol" şüarımız halhazırda məhsul konsepsiyasından biznes fəlsəfəsinə çevrilmişdir. Məhsul çeşidimizə enerji səmərəli fanlar, mərkəzi kondisionerlər, hava paylayıcı məhsullar, hava pərdələri, soyutma və isitmə məhsulları daxildir. Məhsullarımız dözümlü olmaqla, seçimi, quraşdırılması və istifadəsi asandır.

Əmək haqqı – namizədin bacarıqlarına əsasən təyin olunur.

Tələblər və üstünlüklər:

1. Universitetlərin Elektrik, Elektronika, İdarəetmə və Avtomatlaşdırma, Kompüter, Mexanika Mühəndisliyi bölmələrinin məzunlarına üstünlük verilir.
2. İngilis dilində yaxşı danışıq və yazı bacarıqları arzuolunand;r
3. Bina Avtomatlaşdırma Rabitə dilləri barədə bilik(Modbus, Bacnet və s.)
4. HVAC avtomatikası barədə bilik
5. HVAC avtomatikası və ssenariləri üzrə layihə dəstəyini təmin etmək bacarığı
6. Güc elektronikası haqqında məlumatlı olması üstünlükdür. (frekans inverteri, triac və s.)
7. MCC paneli və idarəetməsi barədə məlumat
8. Dəyişkən iş saatlarına uyğunlaşa bilməsi
9. Beynəlxalq və ölkədaxili səyahət üçün uyğunluq

CV-lərin göndəriləcəyi ünvan – nofal.jafarovi@systemair.az

Əlaqədar şəxs – Nofal Jafarov

+994512503289

Qafqaz Biznes Mərkəzi. H.Əliyev prospekti 95.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP