Korporativ satış mütəxəssisi
 
JOB TITLE: Korporativ satış mütəxəssisi
EMPLOYER: HR Option DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-06 LAST UPDATED: N/A DEADLINE: 2020-12-06

Korporativ satış mütəxəssisi

İş yeri: Bakı
İş vaxtı: 09:00-18:00

İş haqqında:

• Müxtəlif kanallarla (telefon, e-mail, sosial şəbəkələr və s.) korporativ müştərilərlə əlaqə saxlayıb görüşmək və müştəri bazasını formalaşdırmaq;
• Korporativ müştərilər üçün xidmət təklifi paketi və qiymət təklifini hazırlamaq;
• Şirkətin təklif etdiyi xidmətlərin təqdimatını hazırlamaq və həyata keçirmək;
• Potensial müştəri olan müəssisələrin e-mail, telefon, birbaşa görüş və s. kimi vasistələrlə şirkətin məhsullarına ehtiyac və tələbini üzə çıxarmaq
• Mütəmadi olaraq korporativ müştərilərlə görüşlərin təşkil olunması və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsini təmin etmək;
• Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlər aparmaq və hesabatlar hazırlamaq;
• Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək
• Şirkətin təlim və s. kimi fəaliyyətləri ilə bağlı individual müştərilərin suallarını cavablandırmaq, müvafiq paketlərin sərfəli şərtlərlə satışını həyata keçirmək
• Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və hesabat təqdim etmək;
• Müştərilər üçün müqavilələri hazırlamaq, onların səlahiyyətli şəxslər tərəfindən imzalanmasını həyata keçirmək
• Müştərilərə hesab fakturaları hazırlayıb təqdim etmək və mühasibatlıqla əlaqə saxlayaraq e-qaimələrin göndərilməsinə nəzarət etmək
• Müştərilərdən ödənişlərin vaxtında və razılaşdırılmış həcmdə yığılması üçün onlarla telefon, email və s. kimi vasitələrlə əlaqə saxlamaq və ödənişləri almaq

Tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi bəyəniləndir.
• Azərbaycan dili (yazılı və şifahi)- yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür);
• MS Office proqramlarında (Word, Excel, Power point) – yaxşı səviyyədə işləmə bacarığı;
• Dürüstlük, məsuliyyətlilik, çeviklik bacarıqları
• Təhliletmə bacarığı, ünsiyyət və təqdim etmə, problem həlletmə
• Təşəbbüskarlıq, məqsədyönlülük, yenilikçilik bacarıqları.

Müraciət qaydaları: cv@hroption.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “ Korporativ satış mütəxəssisi ” yazmaqla CV göndərərək müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP