Aparıcı mütəxəssis (Xərclərə nəzarət üzrə)
 
JOB TITLE: Aparıcı mütəxəssis (Xərclərə nəzarət üzrə)
EMPLOYER: Qazax Sement Zavodu MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-06 LAST UPDATED: N/A DEADLINE: 2020-12-06

Aparıcı mütəxəssis (Xərclərə nəzarət üzrə)

Müəssisənin adı: “Qazax Sement ZavoduMMC
Əsas iş yeri: Bakı şəhəri

Namizədə dair tələblər:

• Maliyyə sahəsində ali təhsili olmalıdır;
• Aidiyyatı sahə üzrə minimum 3 il iş təcrübəsi olmalıdır;
• Mühasibat uçotu sistemləri (ERP) ilə işləmə təcrübəsi olmalıdır;
• Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
• Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır;
• Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir;
• Mühasibatlıq üzrə beynəlxalq sertifikasiyası olması (ACCA, ACA) və ya sertifikasiyanın alınması üçün hazırda çalışan namizədlərə üstünlük verilir.

Əsas vəzifə öhdəlikləri:

• Bütün xərclərin müəyyənləşdirilməsi və tanınması üçün Müəssisənin layihə və ümumi xərclərinə nazərət və təchizatçı, istehsalçı və subpodratçıların faktura və iddialarının yoxlanılması eləcə də monitorinqini aparır;
• Layihələrin xərclərinin müəyyənləşdirir;
• Müəssisənin layihələrinin planlaması və xərclərə nəzarətə dəstək üçün layihələrdə yaranmış fərqlərə aid hesabatların hazırlanması və fakturalanma prosesinə uyğun olaraq proqressin monitorinqini həyata keçirir;
• Xidmət müqavilələrinin hazırlanması üçün tenderlərdə texniki və kommersiya təklifləri barədə rəy bildirir;
• Gündəlik müəyyən edilmiş məsələləri aylıq monitorinq hesabatlarını hazırlayaraq, həmin hesabatda əks etdirib Rəhbərliyə təqdim edir;
• İşlərin vaxtlı vaxtında plana uyğun yekunlaşdırılması üçün problemlərin həll edilməsini koordinasiya edir;
• Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Əsas təminatlar:

• Nahar ilə təmin olunur,
• Aylıq mobil rabitə limiti ilə təmin olunur

E - mail : Hamza.Xocayev@qsz.az . Mövzu hissəsində " Aparıcı mütəxəssis (Xərclərə nəzarət üzrə) " qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP