Bağ Aqronomu
 
JOB TITLE: Bağ Aqronomu
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-10 LAST UPDATED: 2020-11-16 DEADLINE: 2020-12-10

Bağ Aqronomu

İş yeri: Quba rayonu

İşin təsviri:

• Bağ sahəsində bitkilərin, ağacların zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edir
• Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlayır
• Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir
• Kimyəvi maddələrin, pestisidlərin , mineral və üzvü gübrələrin düzgün saxlanılmasını təmin edir, onlardan istifadə qaydalarını, vaxtını müəyyənləşdirir və sahələrə verilməsini təşkil edir
• Əkin üçün torpağın hazırlanması işinin təşkili
• Hazır məhsulun becərilməsi ilə bağlı əvvəlcədən razılaşdırılmış plan üzrə işləri təşkil edir
• Bağ sahəsində aparılan bioloji, kimyəvi, aqrotexniki tədbirlərə nəzarət edir
• Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi
• Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və düzgün dislokasiyası üçün bütün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
• Ərazidə torpaq işləri görən podratçılara nəzarət, işlərinin kordinasiyası, iş bölgüləri və bütünlükdə işlərin keyfiyyətinə nəzarət
• Sahədə Keyfiyyətsiz görülən işləri rəsmiləşdirir, səbəbini aydınlaşdırır və yenidən icrası ilə bağlı tədbirlər planı hazırlayır, rəhbərliyə hesabatları hazırlayır
• Dövrü və tələb olunan sənədlərin, hesabatların vaxtlı-vaxtında və düzgün şəkildə təqdim olunması
• Aqrotexniki tədbirlərin təkmilləşdirilməsi və səmərəliləşdirilməsi ilə bağlı tövsiyyələr verir

TƏLƏBLƏR:

• 30-50 yaş həddi
• Bağ aqronomluğu sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
• Azərbaycan və rus dilləri,
• İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
• Güclü ünsiyyət və danışıq qabiliyyəti
• Komandada işləmək bacarığı
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
• MS Excel proqram biliyi;
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
• Sürücülük vəsiqəsi olmalı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Bağ aqronomu” yazaraq ibrahimovemin1976@gmail.com ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP