Təchizat üzrə baş mütəxəssis
 
JOB TITLE: Təchizat üzrə baş mütəxəssis
EMPLOYER: Star Mining LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-10 LAST UPDATED: N/A DEADLINE: 2020-12-10

Təchizat üzrə baş mütəxəssis

Yaş həddi:28-40
Kişi namizəd
Ə/H 1100-1300 AZN

Namizədə tələblər

- Azı 3 il bu iş üzrə təcrübəsi
- Komanda da işləmək bacarığı
- İşinə məsuliyyətli yanaşma

Vəzifə təlimatı:

1. Təchizatçının nümayəndələri qiymət təkliflərini əldə etmək.
2. Şöbələrdən daxil olan sifarişləri icra etmək və tədarük prosesində iştirak etmək.
3. Yerli və xarici bazar araşdırmalarını aparmaq və yeni təchizatçıları müəyyən edib cəlb etmək.
4. Yerli və xarici təchizatçılardan təkliflər almaq, müqayisə cədvəllərini/təkliflərin dəyərləndirilməsi hesabatlarını tərtib edib təklifləri dəyərləndirmək və təsdiqə göndərmək.
5. Təchizat/satınalma müqavilələrini hazırlamaq və razılaşdırılmasını təşkil etmək.
6. Satınalma Sifarişlərinin (Purchase Order) hazırlanması və təchizatçılara göndərilməsi.
7. Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasının təşkil edilməsi.
8. Ehtiyac yarandıqda satınalmanın icrası üçün yerli bazarda olan təchizatçıların ofis və ya anbarlarından malların təhvil təslim edilməsini təşkil edərək nəzarət etmək.
9. Mal və avadanlığın logistikasını təşkil etmək.
10. Bütün tələb olunan sənədləşmə və yazışmaları aparmaq.
11. Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək.
12. Şöbənin müvafiq texniki təminatını təmin etmək üçün təmir və texniki xidmət üzrə iş sifarişlərini təqdim etmək.

- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Nahar şirkət tərəfindən verilir
- İşə qəbul əmək məcəlləsinə uyğun aparılır

Uyğun namizədlər CV formalarını hr@starmining.az mail-nə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP