Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Massi MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-16 LAST UPDATED: 2020-11-16 DEADLINE: 2020-12-16

Baş mühasib tələb olunur.

İcra edəcəyi iş:

- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir
- Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
- Vergi orqanları ilə yazışmalar
- Vergi və mühasibat uçotunun aparılması
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Vergi hesab fakturaların yazılması
- Bank və kassa əməliyyatları
- Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməli.

Namizədə tələblər

- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
- Komandada işləmək bacarığı
- Məsuliyyətli və işində dəqiq
- Vergi Məcəlləsini bilməli
- İxtisas üzrə 5 il və daha çox iş təcrübəsi
- MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli
- Lizinq sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş şəraiti :

- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Əmək haqqı müsahibə əsasında əməkdaşın bilik və səviyyəsinə uyğun təyin ediləcək.
- Korporativ nömrə ilə təmin ediləcək
- İş rejimi: 09:00-dan 18:00-dək
- İş yeri: Bakı Heydər Əliyev pr 115 Caspian Sport Hotel

Xahiş olunur CV-ləri Baş mühasib başlığı ilə hrmassi2@gmail.com ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP