Frontend proqramlaşdırma üzrə təlimçi
 
JOB TITLE: Frontend proqramlaşdırma üzrə təlimçi
EMPLOYER: ATL Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-11 LAST UPDATED: N/A DEADLINE: 2020-12-11

ATL Academy şirkəti rəqəmsal transformasiya, rəqəmsal strateji inkişaf, Süni Zəka, proqram təminatlarının hazırlanması və inkişafı, sistemlərin inteqrasiyası, texniki layihələrin idarəedilməsi üzrə ixtisaslaşmış 10 ildən çox təcrübəsi olan ATL Tech şirkəti tərəfindən təsis edilmişdir.

ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və texnologiya sənayesinin tələblərinə cavab verən innovativ təhsil müəssisəsidir. Akademiyamızda Mühəndislik məktəbinin “Code School”, “Product School”, “Cloud Computing School” istiqaməti var . Code School Software Development Fundamentals, Backend və Frontend Software Development proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış bootcamp və seçməli dərslər formatında tədris həyata keçirir. Təlimlər geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir. Praktiki vərdişlər bir başa ATL Tech şirkətinin təcrübəli komandası ilə həyata keçirilir.

Vakansiya: Frontend proqramlaşdırma üzrə təlimçi

Vəzifə öhdəlikləri:

• Saathesabı müqavilə əsasında müəyyən proqram üzrə tədris vermək;
• İmtahan suallarını hazırlamaq;
• Tələbələrin inkişafı üzrə aylıq hesabat hazırlamaq;
• Akademiya heyəti ilə mütəmadi ünsiyyətdə olmaq və tədris üzrə ehtiyacların müəyyən edilməsində iştirak etmək.

Namizədə tələblər:

• Kompüter elmləri və ya digər uyğun sahədə ali təhsil;
• Tədris və ya mentorluq sahəsində minimum 1 il iş təcrübəsi;
• Front-end Web Development üzrə minimum 2 il iş təcrübəsi;
• İxtisaslaşma üzrə biliklər: HTML5, CSS, JavaScript, jQuery, Bootstrap, GitHub, React.js, Redux, RESTful Services/APIs, Responsive/Mobile Design, Cross-Browser Development, UX Design, UI, IA [Sketch & ability to construct wireframes], Agile/SCRUM Project Management Methodology, Code review, Clean Coding;
• İxtisas sahəsi üzrə xaricdə təhsil (üstünlükdür);
• Portfolio (üstünlükdür).

Maraqlanan namizədlərdən linkə https://jobs.talhunt.az/atlacademy/362-frontend+proqramla%c5%9fd%c4%b1rma+%c3%bczr%c9%99+t%c9%99lim%c3%a7i+ keçid edərək, mürəciətlərini təsdiq etmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP