Administrator
 
JOB TITLE: Administrator
EMPLOYER: Bal Badem DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-11 LAST UPDATED: N/A DEADLINE: 2020-12-11

"Bal Badem" Kulinariya Əhmədli filialı üçün "Administrator" vakansiyası elan edir.

Vəzifə öhdəlikləri

• Kulinariyanın qənnadı, tort və qida məhsullarını gələn müştərilərə tanıdılması və məhsullar haqqında ətraflı məlumat verilməsi;
• Satışla bağlı müxtəlif qayda və prosedurları, o cümlədən kompaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək.
• Piştaxtalarda çalışan satıcıların işinə və piştaxtalarda olan məhsulların mütəmadi nəzarətini həyata keçirmək.
• Satıcılara müvafiq təlimlər keçmək və iş mühiti təkminləşdirmək.

Namizədə qarşı tələblər

• Ali təhsil.
• Azərbaycan və rus dilini səlis bilməli
• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi ;
• Aktiv, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış və yüksək ünsiyyət qabiliyyəti olmalı.

Əmək haqqı Müsahibə əsasında müəyyən olunacaq.

Qeyd: Qənnadı sektorunda fəaliyyət göstərmiş namizədlərə üstünlük verilir.

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi hr@pakdad.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP