Sahə Satış İşçisi (Beyləqan)
 
JOB TITLE: Sahə Satış İşçisi (Beyləqan)
EMPLOYER: FINCA Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-11 LAST UPDATED: N/A DEADLINE: 2020-12-11

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazırda “FİNCA AzerbaijanQeyri-Bank Kredit Təşkilatı BEYLƏQAN OFİSİ üçün SAHƏ SATIŞ İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

ƏSAS ÖHDƏLİKLƏR

• İlkin tədqiqat aparıldıqdan sonra sahə marketinqi və təbliğat işlərini planlaşdırmaq və tamamlamaq
• Potensial müştərilərlə görüşmək, maraqları müəyyənləşdirmək və müştəri ehtiyaclarını anlamaq və mövcud olan kredit məhsulları seçimlərinin müxtəlif növlərini, habelə bu məhsulların şərtlərini izah etmək
• Marketinq və təqdimat materiallarını yaymaq; yeni satış imkanları əldə etmək üçün plakatlar, broşuralar, flayerlər və s.
• Kredit təhlili və anderraytinqi üçün Mərkəzləşdirilmiş Kredit Satış qrupuna bütün zəruri sənədləri və icazələri təqdim etmək
• Sahəyönümlü fəaliyyətlərə dair müntəzəm hesabat təqdim etmək
• Nümayişlə əlaqəli müntəzəm hesabatlar təqdim etmək (maraq səviyyəsi, verilən suallar, paylanmış nümunələrin sayı/flayer və s.)
• Müştərilərlə kredit müraciətini izləmək üçün əlaqə saxlayaraq uzunmüddətli münasibətlər qurmaq
• Satışları proqnozlaşdırmaq, "qutudan kənar" satış strategiyası/modellərini hazırlamaq və onların effektivliyini qiymətləndirmək

Tələb olunan bilik və bacarıqlar

• Maliyyə, Marketinq və ya oxşar sahə üzrə bakalavr dərəcəsi
• Güclü dinləmə, təqdimat, ünsiyyət və vaxt idarəetmə bacarıqları
• Fərqli satış texnikalarını bilmək
• Müştəri ehtiyaclarını anlamaq və fərqli şəxsiyyətləri idarə etmək bacarığı
• Kompüter, Microsoft Ofis proqramları haqqında biliklər
• Promouter, satış agenti və ya kredit mütəxəssisi kimi əvvəlki iş təcrübəsi arzu olunandır
• Səlis Azərbaycan dili

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 noyabr 2020-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Sahə Satış İşçisi (Beyləqan) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP