Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin mütəxəssisi
EMPLOYER: AtaSığorta ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-11 LAST UPDATED: 2020-11-11 DEADLINE: 2020-12-11

Anderraytinq və Təkrarsığorta Departamentinin Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin mütəxəssisi vakansiyası haqqında:

Şirkət: AtaSığorta ASC
İş qrafiki: Standart (09:00 – 18:00, 1-5-ci günlər)
Son müraciət tarixi: 30.11.2020

Əsas vəzifə öhdəlikləri:

• Nəqliyyat vasitələrinin sığortası sahəsi üzrə daxil olan sorğuların qiymətləndirilməsi və sığorta təklifinin hazırlanması;
• Qəbul edilmiş meyarları nəzərə alaraq risklərin təkrarsığortalanması hallarını müəyyən edilməsi;
• Müştəri tərəfindən qəbul edilmiş sığorta təklifi üzrə sığorta müqaviləsinin hazırlanması;
• Sığorta müqaviləsi üzrə sənədlərin tamlığının yoxlanılması;
• Sığorta müqaviləsinin sığortalı tərəfindən imzalanmış nüsxəsinin Cəmiyyətə təqdim edilməsini nəzarətdə saxlaması;
• Sığorta müqaviləsinin buraxılması üzrə sənədləşdirilmiş informasiyaların daxili normativlərin tələblərinə uyğun mühafizəsinin təmin edilməsi;
• Şöbə müdirinin digər tapşırıqlarının icra edilməsi.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (iqtisadiyyat, maliyyə, riyaziyyat üzrə təhsilə üstünlük verilir)
• İş təcrübəsi: 1 ilə qədər

Tələb olunan bacarıq və səriştəliklər:

• Azərbaycan dili (İngilis və Rus dili üstünlükdür)
• Microsoft Office proqramlarının peşəkar istifadəçisi
• Kollektivdə sağlam ünsiyyət qurmaq bacarığı
• Məsuliyyətli, sərbəst və komanda ilə işləmək bacarığı

Müraciət etmək üçün: Başlıqda “Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin mütəxəssisi” qeyd olunmaqla CV-nizi yegane.karimova@atasigorta.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP