Anderraytinq və Təkrarsığorta Departamentinin Ümumi Sığorta Şöbəsinin müdiri
 
JOB TITLE: Anderraytinq və Təkrarsığorta Departamentinin Ümumi Sığorta Şöbəsinin müdiri
EMPLOYER: AtaSığorta ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-11 LAST UPDATED: N/A DEADLINE: 2020-12-11

Anderraytinq və Təkrarsığorta Departamentinin Ümumi Sığorta Şöbəsinin müdiri vakansiyası haqqında:

Şirkət: AtaSığorta ASC
İş qrafiki: Standart (09:00 – 18:00, 1-5-ci günlər)
Son müraciət tarixi: 30.11.2020

Əsas vəzifə öhdəlikləri:

• Ümumi sığorta sahəsi üzrə daxil olan sorğuların qiymətləndirilməsi və sığorta təklifinin hazırlanması;
• Qəbul edilmiş meyarları nəzərə alaraq risklərin təkrarsığortalanması hallarını müəyyən edilməsi;
• Müştəri tərəfindən qəbul edilmiş sığorta təklifi üzrə sığorta müqaviləsinin hazırlanması;
• Sığorta müqaviləsi üzrə sənədlərin tamlığının yoxlanılması;
• Sığorta müqaviləsinin sığortalı tərəfindən imzalanmış nüsxəsinin Cəmiyyətə təqdim edilməsini nəzarətdə saxlaması;
• Sığorta müqaviləsinin buraxılması üzrə sənədləşdirilmiş informasiyaların daxili normativlərin tələblərinə uyğun mühafizəsinin təmin edilməsi;
• Təkrarsığorta əməliyyatların həyata keçirilməsi;
• Departament direktorunun digər tapşırıqlarının icra edilməsi.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsili (iqtisadiyyat, maliyyə, biznes idarəetməsi üzrə təhsilə üstünlük verilir) olmalıdır;
• Bu sahədə minimum 3 illik iş təcrübəsi olmalıdır.

Tələb olunan bacarıq və səriştəliklər:

• Sərbəst Azərbaycan dili, İngilis və Rus dillərini bilməlidir;
• Microsoft Office proqramlarının peşəkar istifadəçisi olmalıdır;
• Sığorta sahəsi üzrə Cİİ, PSS sertifikatların olması üstünlükdür;
• Sığorta fəaliyyəti barədə Azərbaycan Respublikasının Qanunvericiliyinin tələbləri barədə məlumatlı olmalıdır;
• Kollektivdə sağlam ünsiyyət qurmaq bacarığı olmalıdır;
• Analitik düşünmə qabiliyyəti və riyazi hesablama bacarığı olmalıdır;
• Əməliyyat proqramında işləmək bacarığı olmalıdır;
• Təqdimat bacarığı olmalıdır;
• Kiçik qrup komandanı idarə etmək və tapşırıqların həlli istiqamətləri barədə komanda üzvlərinə təkliflər verməyi bacarmalıdır.

Müraciət etmək üçün: Başlıqda “Anderraytinq və Təkrarsığorta Departamentinin Ümumi Sığorta Şöbəsinin müdiri” qeyd olunmaqla CV-nizi yegane.karimova@atasigorta.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP