Daxili Auditor
 
JOB TITLE: Daxili Auditor
EMPLOYER: AtaSığorta ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-11 LAST UPDATED: N/A DEADLINE: 2020-12-11

Daxili Audit Departamentinə “Daxili Auditor” vakansiyası haqqında:

Şirkət: AtaSığorta ASC
İş qrafiki: Standart (09:00 – 18:00, 1-5ci günlər)
Son müraciət tarixi: 30.11.2020

Əsas vəzifə öhdəlikləri:

• Daxili audit yanaşmasını başa düşmək və ona dair bilikləri tətbiq etmək;
• Beynəlxalq daxili audit və mühasibat uçotu standartlarını başa düşmək və ona dair bilikləri tətbiq etmək;
• Şirkətin biznes proseslərini, onların daxili nəzarət sistemini və əməliyyatlarını başa düşmək;
• Yoxlanılan sahədə tapılan bütün audit nöqsanlarını müvafiq rəhbərinin nəzərinə çatdırmaq və tövsiyələr təklif etmək;
• Keyfiyyətli daxili audit hesabatlarının ilkin layihəsini hazırlamaq.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İqtisadiyyat, mühasibat və ya maliyyə sahəsi üzrə ali təhsil
• Daxili audit, maliyyə auditi və ya əlaqəli sahələr üzrə ən azı 3 illik iş təcrübəsi (Sığorta sahəsində daxili audit təcrübəsi üstünlükdür)

Tələb olunan bacarıq və səriştəliklər:

• Sərbəst Azərbaycan və İngilis dili, Rus dili üstünlükdür
• Microsoft Office proqramlarının peşəkar istifadəçisi
• Hər hansı uyğun peşəkar kvalifikasiyalar üzrə sertifikatlar üstünlükdür
• Ünsiyyət qurma bacarığı.
• Məsuliyyətli, sərbəst və komanda ilə işləmək bacarığı

Müraciət etmək üçün: Başlıqda “Daxili Auditor” qeyd olunmaqla CV-nizi yegane.karimova@atasigorta.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP