Planlama mühəndisi
 
JOB TITLE: Planlama mühəndisi
EMPLOYER: GM Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-11 LAST UPDATED: 2020-11-13 DEADLINE: 2020-12-11

Şirkət barəsində məlumat – “GM ConstructionMMC

Planlama mühəndisi

Tələb olunan iş bacarığı:

- Layihələrin planlaşdırılması (layihələrin ana və detallı iş qrafiklərinin hazırlanması);
- Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
- Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək;
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim etmək;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi;
- Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
- Müddət və kənaraçıxmaların analizini edir. Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirməsi;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq;
- Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;

Tələb olunan təhsil və biliklər:

- Ali təhsil (İnşaat mühəndisliyi);
- Planlama Mühəndisi olaraq inşaat sahəsində ən az 3-5 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dilləri yaxşı səviyyədə bilməli;
- MS Office, Primavera P6, MS Project 2010;
- Problem həll etmə, analitik düşünmə qabiliyyəti;
- İşgüzar ünsiyyət bacarığı;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı.

Digər tələb və şərtlər:

- Yaş həddi: 30-45
- Əmək haqqı: Təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur:
- İş rejimi: həftədə 6 gün,
- Rabitə xərcləri şirkət tərəfindən ödənilir:

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini ibrahimovemin1976@gmail.com və samedovafidan12@gmail.com elektron ünvanına mövzu yerinə “Planlama mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP