İnsan Resursları üzrə menecer
 
JOB TITLE: İnsan Resursları üzrə menecer
EMPLOYER: AzMonbat DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-11 LAST UPDATED: N/A DEADLINE: 2020-12-11

İnsan Resursları üzrə menecer

– İş vaxtı saat 09:00-18:00
– İş günləri həftənin 1-6-cı günləri
– Əmək haqqı razılaşma yolu ilə

İş barədə məlumat:

– HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
– Kadr tələbinin planlaşdırılması;
– Vəzifə təlimatlarının hazırlanması;
– Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi;
– Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
– İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
– Kadr bazasının yaradılması;
– Şirkət daxili prosedurların hazırlanması;
– İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
– Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
– Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması, həyata keçirilməsi;
– İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, social sığorta şəhadətnamələrinin sifariş olunması;
– Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
– Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
– Sosial müavinətlərin hesablanması;
– İşçilərin icbari sığortasının həyata keçirilməsi;
– Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
– İşçilərin davamiyyət uçotunun aparılaması;
– İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərinin müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
– İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
– İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;

Tələblər:

- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Menecment, psixologiya, hüquq və ya insan resursları sahəsində ali təhsil;
- İngilis dili arzuolunandır;
- ERP və MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
- İnsan resursları sahəsində azı 5 il iş təcrübəsi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azmonbat.com elektron poçt ünvanına mövzu hissəsində “İnsan Resursları üzrə Menecer – İRM” qeyd etməklə göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız tələblərə uyğun olaraq seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP