Senior software developer/System architect
 
JOB TITLE: Senior software developer/System architect
EMPLOYER: Cybernet MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-12 LAST UPDATED: N/A DEADLINE: 2020-12-12

Senior software developer/System architect

Vəzifə öhdəlikləri:

• Şirkətin müəyyən etdiyi proseslər və şablonlar əsasında fəaliyyətin yerinə yetirilməsi
• Biznes tələbləri əsasında proqram təminatının arxitekturasının müəyyən edilməsi
• Proqram təminatının detallı arxitekturasının müəyyən edilməsi
• Arxitektur tələblərə uyğun proqram təminatının hazırlanmasına nəzarət edilməsi
• Proqram kodları üzrə baxışın keçirilməsi
• Komanda üzvlərinin üzləşə bildiyi texniki çətinliklərin aradan qaldırılmasında dəstək göstərilməsi
• Proqram təminatında yaranan xətaların aradan qaldırılması
• İşlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi və icrasının təşkili
• Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması
• Proqram təminatının inkişafının və prosseslərinin optimallaşdırılmasının təmin edilməsi
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması və s.

Əsas tələblər:

• Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində)
• Müvafiq vəzifədə ən azı 2 (iki) il iş təcrübəsi
• İngilis - yaxşı, Rus - yaxşı
• Alqoritmləşdirmə bacarığı, SOLID prinsipləri, Design Patterns, Clean code
• Proqramlaşdırma dilləri: Java
• Verilənlər Bazasının İdarəetmə Sistemləri(VBİS): Oracle, PostgreSQL
• Application Serverlər: Apache Tomcat, JBoss
• Texnologiyalar: J2EE, SpringBoot, MyBatis, Microservis arxitekturası, Docker, Liquibase, Lombok, HTML, Java Script, PL/SQL, ELK, JUnit, Git, Maven
• Əməliyyat sistemləri: Windows, Linux
• Mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı
• Proqram təminatının biznes məntiqlərinin texniki sənədlərini hazırlama bacarığı
• Məsuliyyətlilik, stressə davamlılıq, nəticəyə fokuslanma, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları

İş şəraiti:

• Tibbi sığorta
• Mükafat və bonus sistemi
• Əmək haqqı – Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Qeyd olunan tələblərə cavab verən namizədlər anket məlumatlarını (CV) “Senior Software developer/System architect” mövzusu altında hr@cybernet.az elekton ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP