Satıcı
 
JOB TITLE: Satıcı
EMPLOYER: Avromak MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-12 LAST UPDATED: N/A DEADLINE: 2020-12-12



AVROMAK MMC “Satıcı” vakansiyası elan edir.

İşçiyə qoyulan tələblər:

• Qeyd edilən sahə üzrə ən azı 1 ildən 2 ilədək iş təcrübəsi;
• Rus dilində sərbəst ;
• Məsuliyyətli olmaq;
• Komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

• Məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onları nəzarətdə saxlamaq;
• Şirkət məhsulları barədə müştərilərə ətraflı məlumat verilməsi və satışın təşkili;
• Müştəri məmnuniyyətinin təmin edilməsi;
• Şirkətdaxili intizam qaydalarına əməl etmək.

İş şərtləri:

• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı: müsahibə əsasında
• İcbari sığorta
• İş vaxtı: 9.00 – 17.00 (bazar ertəsi – şənbə)
• İstirahət günləri: bazar, bayram günləri

Maraqlananlar öz CV formalarını a.nabiyeva@avromak.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, Satıcı qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP