Maddi vəsaitlər üzrə mütəxəssis
 
JOB TITLE: Maddi vəsaitlər üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-13 LAST UPDATED: 2020-11-13 DEADLINE: 2020-12-13

Vəzifə: Maddi vəsaitlər üzrə mühasib.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 22-40

İşin Təsviri: Maddi vəsaitlərin ilkin uçotu, balansa qəbulu, yerdəyişməsi, təhvil verilməsi və alınması, inventarizasiyası, silinməsi və digər əlaqədar əməliyyatların dəqiq, vaxtında və müəyyən edilmiş qaydalara əsasən yerinə yetirilməsi.

Vəzifə öhdəlikləri:

- Yeni alınmış vəsaitləri təhvil almaq və ilkin uçotu apararaq balansa almaq;
- Vəsaitlərin eyniləşdirmə nömrəsi ilə təchiz olunmasını təmin etmək;
- Əsas vəsaitlərin mütəmadi və növbədənkənar inventarizasiyasında iştirak etmək;
- Vəsaitlərin yerdəyişməsi, təhvil verilməsi və alınması, silinməsi və digər əlaqədar əməliyyatları uçota almaq və sənədləşdirmək.

Tələblər:

- Dəqiq və məsuliyyətli olmaq;
- Yüksək analitik təhlil qabiliyyəti;
- MS Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Anbar, IT, sayım sahəsində təcrübəsi olması arzuolunandır.

Əmək haqqı: 500-700AZN

Təminatlar:

- Nahar ilə təmin edilmə.
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Endirimli tibb xidməti;
- İş qrafiki: 5 günlük.

Müraciət qaydaları: CV-nizi azhrecruiters@gmail.com elektron poçt ünvanına mövzu hissədə - “Maddi vəsaitlər üzrə mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP