Kadrlar üzrə mütəxəssis
 
JOB TITLE: Kadrlar üzrə mütəxəssis
EMPLOYER: AzeriMed LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-13 LAST UPDATED: N/A DEADLINE: 2020-12-13

Vakansiya: Kadrlar üzrə mütəxəssis

Tələblər :

- Ali təhsil;
- Yaş həddi : 25-40
- İş təcrübəsi: minimum 3 il (İstehsalat təcrübəsi üstünlükdür)
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməsi;
- Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliklərin olması;
- MS Office (Word, Excel) kompüter proqramlarından istifadə etmək bacarığı;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları: (işə qəbul,xitam,vəzifə dəyişiklikləri,analıq məzuniyyəti,müavinətlər,əmək haqqı hesabalama,xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı)
- Stresə davamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli;
- Problemləri təhlil və həll etmə bacarığı.

Vəzifə öhdəlikləri:

- İşçilərin şəxsi işlərini formalaşdırıb qaydaya salmaq, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını yerinə yetirmək;
- İşçilərin əmək kitabçalarında vaxtında qeydlər aparmaq, onları qorumaq, əmək stajını hesablamaq, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışlar vermək;
- İşçilərə məzuniyyətlərin verilməsi uçotunu aparmaq, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və s.
- Məzuniyyət, xəstəlik və ya analıq vərəqələrinə əsasən müvafiq hesablamaları təşkil və nəzarət etmək;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasını təmin etmək;
- Əmək haqqına dair bütün hesablamaların aparmaq və hesabatları tərtib etmək;

Əmək şəraiti :

- İş saatları: 1-5 günlər saat 08:30-17:30, ayın bir şənbə günü: 08:30-13:30
- İş yeri : Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi.
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və təcrüblərinə əsasən təyin ediləcək.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kadrlar üzrə mütəxəssis” qeyd edərək CV formasını cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP