Çağrı mərkəzi üzrə menecer
 
JOB TITLE: Çağrı mərkəzi üzrə menecer
EMPLOYER: AİSCO DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-13 LAST UPDATED: N/A DEADLINE: 2020-12-13

Əsas fəaliyyət istiqamətini Azərbaycan Gübrə və Kənd Təsərrüfatı məhsulları bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət qısa zaman içində gənc potensial kadrları öz ətrafında toplamaqla və müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir. Şirkət Azərbaycan fermerlərinə daha rahat əlçatan məhsul və xidmətlərini təklif etmək üçün geniş xidmət şəbəkəsini qurmuşdur.

Vəzifə: Çağrı mərkəzi üzrə menecer

Əsas vəzifə öhdəlikləri:

- Çağrı Mərkəzi təmsilçilərinin təkmilləşdirmək üçün təlimlər həyata keçirmək və liderlik etmək;
- Çağrı Mərkəzi Təmsilçilərinin suallarını cavablandırmaq, müştərilər ilə baş verən konfliktlər zamanı, yönləndirmək, çətinlik yaşadıqları sorğuları həll etmək;
- Komanda ilə daimi görüşləri təşkil etmək, suallarını cavablandırmaq, yönləndirmək;
- Müştəri məmnuniyyətini artırmaq;
- Şirkət hədəflərinə uyğun fəaliyyət göstərmək;

Namizədə dair tələblər:

- Ali təhsil
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi (sahə üzrə ixtisaslaşmış və fəaliyyət göstərən şirkətlərdə çalışmış namizədlərə üztünlük veriləcək)
- Mükəmməl Azərbaycan və Rus dili biliyi;
- Müştəri yönümlü olmaq və konfliktləri həll etmək;
- Səbrli və stressə dayanıqlı;
- Təşkilatçılıq, planlaşdırma qabiliyyəti və büyük məlumat həcmi ilə iş bacarığı;
- Məsuliyyət, analitik və sisitematik düşüncə tərzi;
- Liderlik və komanda ilə işləmə bacarığı;

İş şərtləri:

- Ünvan: Ziya Bunyadov pr. Çinar Park Biznes mərkəzi (m. Nərimanov)
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30, Şənbə : 10.00 – 16.00
- Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini hr@aisco.az ünvanına mövzu yerinə “Çağrı mərkəzi üzrə menecer” yazaraq göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP