Şöbə müdiri
 
JOB TITLE: Şöbə müdiri
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-13 LAST UPDATED: N/A DEADLINE: 2020-12-13

Struktur: Pərakəndə biznes müştərinin əlaqələrinin idarəedilməsi departamenti / Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsi

Vəzifə: Şöbə müdiri

Bilavasitə tabeçiliyi: Pərakəndə biznes müştərinin əlaqələrinin idarəedilməsi departamenti direktoru

Vəzifə öhdəlikləri:

- Rəhbərlik tərəfindən qoyulmuş satış hədəflərinin yerinə yetrilməsi üçün uyğun siyasətin işlənib hazırlanması;
- Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin və şöbədaxili əməkdaşların seçilməsi, işə qəbul olunması, yerləşdirilməsi və işdən azad olunması;
- Təliş işlərinin təşkili və aparılması ilə bağlı uyğun planın təşkili;
- Tədris proqramlarının yaradılması və testlərin hazırlanmasının təşkili;
- Əməliyyatçıların, kassa əməkdaşlarının və ofis menecerlərinin hədəflərinin müəyyən edilməsi, qoyulan hədəflərin yerinə yetirilməsinə nəzarət olunması və monitorinqlərin aparılması;
- Qeyri-kredit portfeli üzrə zəruri hesabatların aparılması;
- Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərin icrası;
- Bonus sisteminin hazırlanması;
- Satışla bağlı Marketinqə təkliflərin verilməsi;
- Satışın aparılmasına dair təkliflərin verilməsi;
- Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin və şöbədaxili əməkdaşların məzuniyyət planlaşdırılmasına nəzarət;
- Əməliyyatçıların, kassa əməkdaşlarının, ofis menecerlərin vəzifə və əməkhaqqı məsələlərini təşkil etmək və ya əksinə hədəfləri vurmayan və işini düzgün aparmayan əməkdaşlara tədbirlərin görülməsi;
- Şöbənin əməkdaşlarının işinə nəzarət etmək.

Vəzifəyə uyğun Sizdən tələblərimiz:

- Bakın dəyərlərinə uyğun işlərin təşkili;
- Ali təhsil;
- 3 ilə qədər rəhbər vəzifədə iş təcrübəsi;
- Azərbaycan Respublikasının Banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR Mərkəzi Bankının filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqda bilik;
- Maliyyə və mühasibatlıq hesabatları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik hesabatların hazırlanması bacarığı;
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
- MS office və Bank proqramları (GNI və s.) üzrə yüksək biliklər.
- Yüksək səviyyədə rus dili biliyi, İngilis dili arzuolunandır;
- Yüksək dərəcədə analitik qabiliyyət;
- Səmərəli ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik;

Siz elektron poçtun “mövzu” yerinə “Şöbə müdiri” qeyd etməklə öz CV-lərinizi hr@yelo.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP