Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis
EMPLOYER: Superfon DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-16 LAST UPDATED: N/A DEADLINE: 2020-12-16

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə min. 2 il
Təhsil: Ali
Yaş həddi: 24 və ya üzəri

İşin təsviri: Əmək haqqı ilə bağlı olan bütün proseslərin icrası.

Vəzifə öhdəlikləri:

- Şirkət əməkdaşlarının əmək haqqıları və avanslarının hesablaması;
- Şirkətin Davamiyyət sisteminə nəzarət edilməsi və lazimi hesabatlılığın aparılması;
- İşdən azad olunan əməkdaşların son haqq-hesablanması;
- Əmək haqqı büdcəsinin müvafiq analizi və hesabatlılığının aparılması;
- Əmək haqqı sistemlərinin analizi, optimallaşdırılması və inkişaf etdirilməsi;

Tələblər:

- Əmək haqqı hesablanması qaydalarını bilməsi və bu sahədə təcrübə mütləqdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- MS Office (xüsusilə Excel) proqramlarından mükəmməl istifadə etmək bacarığı 1C proqramını bilməsi arzuolunandır;

Təminatlar: Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.İşçi nahar pulu,korporativ nömrə ilə təmin olunur.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 12.12.2020

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP