Metroloq
 
JOB TITLE: Metroloq
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-16 LAST UPDATED: N/A DEADLINE: 2020-12-16

Laboratoriya avadanlığından istifadə üçün təcrübəli Metroloq tələb olunur.

Laboratoriya avadanlığı xalq təsərrüfatı məhsullarının: südün və buğdanın keyfiyyətinin ölçülməsi üçün nəzərdə tutulub.

Tələblər:

- Ali texniki təhsil
- İş təcrübəsi 3 il
- Bu sahəyə aid olan təhlükəsizlik qaydalarını və mexaniki qurğularının quruluşunu, onların xüsusiyyətlərini bilmək və onlardan istifadə qaydalarını bacarmaq
- Avadanlığın texniki sənədləri ilə işləmək təcrübəsi
- Enerjili, diqqətli, analitik düşüncə, ünsiyyətçil.
- Rus və ingilis dillərini bilənlər seçim zamanı üstünlük təşkil edəcək.

Vəzifə öhdəlikləri:

- Xüsusi sənədlərin hazırlanmasında iştirak etmək – Ölçülərin götürülməsi, götürülmüş ölçülər haqqında hesabat hazırlamaq
- Ölçmə vasitələrinin təmin edilməsi haqqında “Azərbaycan respublikası Qanununa və müvafiq iş təlimatına uyğun olaraq müəssisələrdə metroloji təminat üzrə işləri yerinə yetirməli
- Ölçmə vasitələrinin vaxtaşırı və (dövlət və beynəlxalq standartlara, mövcud normativ sənədlərə və iş təminatına uyğun kalibrlənməsini yerinə yetirməli, alınan kalibrlənmə nəticələrinə uyğun sınaq protokolları və iş təminatına uyğun) kalibrlənməni yerinə yetirməlidir
- İxtisas biliklərinin yoxlanması poqramlarının təşkili, nəticələrin statistik analizı, marketinq araşdırmaları
- Laboratoriya avadanlığının təcrübə işlərinin sənədləşdirilməsi- keyfiyyət haqqında sənədlərin hazırlanması, prosedurların hazırlanması və s.
- Müştəriləri laboratoriya avadanlığı və laboratoriyanın xidmətləri haqqında məlumatlandırmaq
- Görülmüş işlər haqqında hesabatlar hazırlamaq
- İlkin maliyyə hesabatların hazırlanması (aktlar, müqavilələr)
- Təqdimatların hazırlanması
- Tələb olunduğu halda konferensiyalarda, sərgilərdə iştirak etmək
- Müştərilərin avadanlığa aid bütün suallarını cavablandırmaq, məlumatlandırmaq və analizlərın aparılma qaydaları ilə tanış etmək
- Aparılan laboratoriya araşdırmaların faydaları haqqında müştəriyə məlumat vermək
- Reagentlarla işləmək bacarığı və reagentlar haqqında müştəriyə məlumat vermək
- Müştəri bazasının yaradılması (kənd təsərrüfatı müəssisələri (süd, süd məhsulları və dənli bitkilərin ilə bağlı olan sahələr))

İş şərtləri:

- Əmək haqqının məbləği uğurlu namizədlərlə razılaşdırılacaq
- Tələb olunan təlimlər keçiriləcək

Uyğun keyfiyyət və təcrübəyə malik namizədlər (müraciət olunan vakansiyanın adının mövzu yerində qeyd edilməsi şərtilə) CV-lərini human.capital.azerbaijan@gmail.com e-poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP