Mühəndis (CNC proqramlaşdırıcı)
 
JOB TITLE: Mühəndis (CNC proqramlaşdırıcı)
EMPLOYER: Azertexnolayn LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-16 LAST UPDATED: N/A DEADLINE: 2020-12-16

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.
Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “Mühəndis (CNC proqramlaşdırıcı)”

Əmək funksiyası:

- İstehsalat prosesini texniki şərtnamə və standartların tələblərinə əsasən təşkil edilməsi
- İstehsalatda texnoloji proseslərlə əlaqədar meydana çıxan problemlərin operativ həll edilməsi, istehsal proseslərinin optimallaşdırılmasının təmin edilməsi, istehsalat problemlərinin həllinə mühəndis biliklərinin prinsiplərinin tətbiq edilməsi
- İşçi qüvvəsi, avadanlıq, xammal və materiallardan səmərəli istifadə göstəricisinin maksimum səviyyəyə çatdırılması, istifadə edilən materialların keyfiyyətinə dair müşahidələrin aparılması və tövsiyələrin verilməsi, Keyfiyyətə təminat tədbirlərini həyata keçirilməsi, istehsalat üçün gərəkli olan alətlərin, xammalın saxlama şəraitinin düzgün nizamlanması
- Dəqiq emal sahəsində mövcud olan dəzgahlara texniki baxışın keçirilməsi, istismarı ilə bağlı yaranan nasazlıqların aşkar edilməsi, həll yoları barədə tövsiyələrin verilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması
- Texniki rəsmlərin oxunulması, verilmiş materiallar arasında seçim etmək və texniki rəsmlərə uyğun olanları emal etmək, texniki rəsmlərdə aşkar edilmiş nöqsanlar barədə rəhbərliyə məlumat vermək

Namizədə tələblər:

- Sənaye maşınlarının ümumi mexaniki istismarı və məhsuldarlığı sahəsində biliklər
- CNC sistemi üçün kompüter proqramları (proqramlaşdırmanın əsasları)
- İstifadə edilən əsas xammalın xarakterik xüsusiyyətləri və imkanlarına dair biliklər
- Texniki rəsm oxumağı bacarmalı
- Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarını bilməli
- Ölçmə işləri üçün riyazı biliklər
- CNC sistemlərini təmin etmək və ya standart proqramlaşdırma işlərini həyata keçirmək bacarığı

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Mühəndis (CNC proqramlaşdırıcı)” başlığı altında qeyd edərək seide.memmedova@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP