Mühəndis (boya montaj)
 
JOB TITLE: Mühəndis (boya montaj)
EMPLOYER: Azertexnolayn LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-16 LAST UPDATED: N/A DEADLINE: 2020-12-16

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “Mühəndis (boya montaj)

Əmək funksiyası:

- Tabeçiliyində olan işçilərə iş öncəsi təlimat keçir və birlikdə plana və təlimata uyğun olaraq işə başlayır;
- Verilmiş plana uyğun ona təhkim olunmuş avadanlıq və əl alətlərinin yararlı vəziyyətdə olmasını yoxlanmasına və onları işə hazır vəziyyətə gətirilməsinə nəzarət edir;
- Test avadanlıqlarının vaxtın və düzgün kalibrasiya olunmasına nəzarət edir;
- Ehtiyac olan material və avdanlıqların anbardan vaxtında təmin edilməsinə, düzgün sərf edilməsinə və hesabatların vaxtında və düzgün verilməsinə nəzarət edir;
- Tabeçiliyində olan işçilər üçün təhlükəsiz iş şəraiti təmin etməlidir;
- İş prossesində yaranan problemlər vəya çatışmamazlıqlar barədə vaxtında yuxarı rəhbərliyə məlumat verir;
- İş sahəsində olan bütün avadanlıqları o cümlədən boya avadanlığının və alətlərin işləmə prinsiplərini bilməli, onlardan istifadə edə bilmədir;
- Rəhbərinin verdiyi göstəriş və tapşırıqları vaxtında və səmərəli şəkildə yerinə yetirir və düzgün iş bölgüsü aparmalıdır;
- İstehsalat planlamasında iştirak etməlidir;
- İş gününün sonunda rəhbərinə hesabat verir;
- İstehsal prossesinin səmərəliliyinin artırılması və prossesin yaxşılaşdırılması üçün digər bölmələrə təklif və tövsiyələr verir:

Namizədə tələblər:

- Sənaye maşınlarının ümumi mexaniki istismarı və məhsuldarlığına dair biliklər
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli;
- Avadanlıqların (laqonda, Sistem Teknik boya avadanlığı, test avadanlıqları və s) işləmə prinsiplərinə dair biliklər;
- Çertyoj oxumağı bacarmalıdır;
- Boyaların tərkibi və istifadə təyinatlarını bilməlidir.
- İstifadə etdiyi materialların adlarını, təyinatını və spesifik xüsusiyyətlərini bilməlidir;

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Mühəndis (boya montaj)” başlığı altında qeyd edərək seide.memmedova@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP