Daxili Audit Departamentinin Direktoru
 
JOB TITLE: Daxili Audit Departamentinin Direktoru
EMPLOYER: AtaSığorta ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-16 LAST UPDATED: N/A DEADLINE: 2020-12-16

Daxili Audit Departamentinin Direktoru

Vakansiya haqqında

Şirkət : AtaSığorta ASC
Son müraciət tarixi: 30.11.2020

Əsas Vəzifə öhdəlikləriniz:

• DAD fəaliyyətlərinin Daxili Audit Təlimatı və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;
• DAD-nə rəhbərlik etmək və keyfiyyətli xidmətlər göstərilməsinə təminat vermək üçün uyğun qaydaların tərtibi;
• Risklərin qiymətləndirilməsi əsasında DAD planının hazırlanması;
• Risk qiymətləndirməsinin əsasda auditin icrası;
• DAD planının yekunlaşdırılması və Təftiş Komissiyası tərəfindən təsdiqinə nail olmaq;
• Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında Təftiş Komissiyasının diqqətinə çatdırılması;
• Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların audit obyekti rəhbərliyi ilə razılaşdırılması;
• Bütün DAD yoxlama hesabatlarının düzgün keyfiyyət və effektiv tərzdə hazırlandığına təminat verilməsi;
• DAD-nin fəaliyyəti haqqında mütəmadi şəkildə Təftiş Komissiyasına məruzə edilməsi və məlumatın çatdırılması;
• DAD tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatı;
• Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləyib işləmədiyini yoxlamaq;
• Sığorta fəaliyyətinin qanunauyğunluğunu yoxlamaq;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (Hüquq və ya İqtisadi sahədə)
• Maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi
• Hər hansı uyğun peşəkar kvalifikasiyalar üzrə sertifikatlar üstünlükdür

Tələb olunan bacarıq və səriştəliklər:

• MS Office proqramlarının peşəkar istifadəçisi (xüsusilə Excel);
• Sərbəst Azərbaycan dili və İngilis dili, Rus dili üstünlükdür
• Daxili audit prosesi üzrə bacarıqlara malik olmaq;
• Müstəqil qərarvermə qabiliyyəti;
• Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
• Audit rəyləri hazırlama və yazma bacarığı;

Müraciət etmək üçün

• CV-nizi yegane.kakrimova@atasigorta.az mail ünvanına göndərməyinizi xahiş edirik.
• Başlıqda “Daxili Audit Departamentinin Direktoru” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
• Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP