Kartların hazırlanması üzrə mütəxəssis
 
JOB TITLE: Kartların hazırlanması üzrə mütəxəssis
EMPLOYER: Azericard DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-17 LAST UPDATED: N/A DEADLINE: 2020-12-17

AzərikardMMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.

Hal hazırda aktiv olan vakansiya: Kartların hazırlanması üzrə mütəxəssis, iş yeri Gəncə ş.

Vəzifələr:

• Qəbul olunmuş fayllara və ərizələrə əsasən kartların çapını və personallaşdırılma prosedurlarını aparmaq;
• Təcili tələb olunan plastik kartların hazırlanmasına dair ərizələri qəbul edib vaxtında icra etmək;
• Hazırlanmış plastik kartların aktlarının sıralamasını aparmaq və təsdiq olunmuş aktların müvafiq qaydalara uyğun olaraq saxlanılmasını təmin etmək;
• Yeni plastik kartlar layihələri üzrə testləri nümünə üzərində aparmaq və testlərin nəticələrini şirkətin müvafiq əməkdaşlarına göndərmək;
• Təqaüd plastik kartlarının zəruri olan müddətdə hazırlanmasını və təhvil verilməsini təmin etmək;
• Şöbənin fəaliyyətində istifadə olunan avadanlığın işlək vəziyyətdə saxlanılmasını və texniki baxışdan keçirilməsini təmin etmək;
• Şöbənin fəaliyyətinə aid olan bütün sənədlərin saxlanılmasını təmin etmək və lazım olduqda şirkətin müvafiq əməkdaşlarına təqdim etmək;

Tələblər:

• Ali təhsil;
• Plastik kartların hazırlanma sahəsində ən azı 1 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan, rus, ingilis dili bilikləri (texniki bilik);
• Komandada işləmək bacarığı.

Qeyd: İş yeri Gəncə ş. yerləşir və yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Namizədlərdən CV-lərini “Kartların hazırlanması üzrə mütəxəssis, iş yeri Gəncə ş.” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP