Maliyyə Departamentinə Aparıcı mütəxəssis
 
JOB TITLE: Maliyyə Departamentinə Aparıcı mütəxəssis
EMPLOYER: Ziraat Bank Azərbaycan ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-17 LAST UPDATED: 2020-11-17 DEADLINE: 2020-12-17

Ziraat Bank AzərbaycanASC Maliyyə Departamentinə Aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir.

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;
• Maliyyə sahəsində 3 il iş təcrübəsi;
• ACCA və ya CIMA sertifikasiyasının olması. ACCA F2, (MA), F3 (FA), sertifikatlarının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək;
• MS Office proqramlarını (xüsusi ilə MS Excel) bilmək və işində istifadəsini təmin etmək;
• SQL (ilkin səviyyədə) biliklərinə malik olması;
• Azərbaycan dili (əla səviyyədə), ingilis dili (orta səviyyədə) biliklərinə malik olması;
• Yüksək səviyyədə məntiq və riyazi bilik;
• Analitik düşünmə qabillyyəti və yaranmış problemlərin həll etmə bacarığının olması.

Vəzifə öhdəlikləri:

• Həm kənar, həm daxili istifadəçilər üçün bank haqqında maliyyə məlumatlarını əks etdirən hesabat və təqdimatların hazırlanması;
• Bankın büdcə prosesində aktiv iştirak edərək ilkin iqtisadi təhlilin edilməsi;
• Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası;
• Mənfəətlik və effektivlik təhlillərinin (proseslər, məhsullar, gəlir-xərc mərkəzləri) həyata keçirilməsi və təkliflərin verilməsi;
• Bankın fərdi performans dəyərləndirmə (KPI) sisteminin meyarlarınının müəyyənləşdirilməsi, və sistemin əlaqədar struktur bölmələri ilə birlikdə koordinasiyalı təşkil edilməsi və icra edilməsi;
• Kənar audit yoxlamasının bütün mərhələlərində, eləcə də BMHS üzrə maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək.

Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 20-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Büdcə təhlil üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP