Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis
EMPLOYER: OBA marketlər şəbəkəsi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-18 LAST UPDATED: N/A DEADLINE: 2020-12-18

Vəzifə: Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis

İş yeri: OBA Marketlər şəbəkəsi, baş ofis

Departament: Daxili Nəzarət

Namizədə dair tələblər:

• Təhsil: Ali təhsil (maliyyə, iqtisadiyyat və audit sahəsində)
• Kompüter bilikləri: MS Office, 1C
• Yaş: 25-35;
• İş təcrübəsi: minimum 1-2 il (daxili auditor kimi)

Vəzifə öhdəlikləri:

• Qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarının tədqiq edilməsi, uyğunsuzluqların və yaxud saxtakarlıq əlamətlərinin aşkara çıxarılması
• Daxili və xarici bütün satınalma, təchizat prosesləri üzrə sənədli yoxlamaların təşkili, digər alternativ tədarükçülərin analoji mallar üzrə bazar satış qiymətlərinin araşdırılması və müqayisəli təhlillər aparılması.
• Xidmət göstərən kənar təşkilatlar üzrə bütün proseslərə dair yoxlamaların təşkili və digər analoji xidmətlərlə müqayisəli təhlillərin aparılması
• Cəmiyyət üzrə təsərrüfat və digər xərclərin analizi, səmərəliliyinin və uyğunluğunun yoxlanılması
• Yoxlamaları keyfiyyətli həyata keçirmək və aparılmış yoxlamaların nəticələrinə, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlara dair hesabatların və uyğun tədbirlər planının hazırlanması, rəhbərliyə təqdim edilməsi.

Əlavə təminatlar:

• Nahar;
• Korporativ nömrə;
• Servis xidməti;

İş qrafiki:

İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis" yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP